www.35000000.info

 خبر اکلین :

 Turgay Öztürk ¬

 تاریخ : 3/28/2009

 

 

 Yazıçıoğlunun faciəli tale yazısı
 

Yazıçıoğlunun faciəli tale yazısı








İki günlük axtarışlardan sonra onun qəzaya uğradığı vertolyotun qalıqlarını dövlət qurumları yox, kəndlilər tapdı.





Türkiyədə Böyük Birlik Partiyasının başqanı Möhsün Yazıçıoğlunun da içərisində olduğu vertolyotun qalıqlarını, nəhayət dünən aşkar etmək mümkün olub. Lakin vertolyotu iki sutkadır demək olar ki, fasiləsiz axtarış əməliyyatları həyata keçirən xüsusi təyinatlı birliklər və ya fövqəladə vəziyyətlər üzrə ixtisaslaşmış xilasetmə dəstələri deyil, axtarışa dünən qoşulmuş bir qrup sadə kəndli tapıb. Vertolyotun qalıqlarının tapıldığı haqda xəbər dünən Bakı vaxtı ilə saat 17 radələrində yayılıb.




Axtarış-xilasetmə əməliyyatlarını idarə etmək üçün Kahramanmaraş bölgəsində olan daxili işlər nazir Bəşir Atalay əməliyyatların gedişi haqda jurnalistlərə növbəti açıqlama verməyə hazırlaşarkən ona vertolyotun tapıldığı haqda məlumat gəlib. Nazir əlavə məlumatın olmadığını deyərək, brifinqi yarımçıq kəsib və vertolyotun aşkar olunduğu bölgəyə hərəkət etmək üçün ayrılıb.


Xəbər verildiyi kimi, vertolyot qəzası martın 25-də Bakı vaxtı ilə təqribən saat 18 radələrində baş verib. Partiyasının martın 29-da keçiriləcək bələdiyyə seçkiləri kampaniyası çərçivəsində təşkil etdiyi mitinqə qatılmaq üçün özəl şirkətlərdən birindən kirayələnmiş vertolyotla BBP lideri və daha 5 nəfər Kahramanmaraşdan Yozqata  doğru yola çıxıb. “Bell” markalı vertolyot Kahramanmaraşın Göksün qəsəbəsi ərazisində, yüksək dağlıq ərazilərdə qəzaya uğrayıb. Qəza xəbəri gəldikdən sonra Türkiyə ordusunun xüsusi təyinatlı dağ komandos birlikləri və jandarmanın fövqəladə vəziyyətlərdə xilasetmə əməliyyatları həyata keçirən bölmələri də daxil olmaqla minlərlə adam vertolyotun axtarışına başlayıb. Qəzadan sonra vertolyotdakılardan biri, “İhlas” xəbər agentliyinin əməkdaşı təcili yardım xidmətinə zəng edərək yaralı olduğunu, qalanların öldüyünü xəbər verib. Daha sonra telefonun bateregasında enerji bitdiyi üçün jurnalistlə əlaqə kəsilib. Mobil telefondan siqnallar alınmasına baxmayaraq, iki sutka ərzində dövlətin qurumları vertolyotun yerini müəyyən edə bilməyiblər. Bu da ciddi şübhələrə və hökumətə qarşı tənqidlərə səbəb olub.


Rəsmilər isə bu tənqidlərin əsassız olduğunu deyərək bölgədə hava şəraitinin mürəkkəb olduğunu əsas gətiriblər.








BBP başqan yardımçısı Haqqı Öznur bildirib ki, xilasetmə işləri əvvəlcə ləng aparılıb. Yalnız etirazların eşidilməsindən sonra dövlət qurumları əməliyyatları genişləndiriblər. Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları əvvəlcə plansız və xaotik şəkildə aparılıb, bu da vertolyotun qalıqlarını vaxtında aşkar etməyə imkan verməyib. Dünən belə məlumatlar da yayılıb ki, mobil telefonlardan alınan siqnallar əsasında vertolyotdakılardan 3-nün hələ də sağ olduğu güman olunur. Bəzi məlumatlara görə, Türkiyə hökuməti Amerika Milli Aerokosmik Agentliyi NASA-dan da yardım istəyib və vertolyotun koordinatları peyk siqnalları vasitəsilə müəyyən olunub. Ancaq dünən günün ikinci yarısında gələn xəbərlər bütün bu versyaların üstündən xətt çəkib və bəlli olub ki, vertolyotu və içərsindəkilərin cəsədlərini əlində hər cür texniki vasitələr olan dövlət qurumları deyil, axtarışa dünən səhər qoşulmuş bir qrup kəndli tapıb. “Habertürk” kanalı xəbər verib ki, Kahramanmaraş bölgəsinin sakini olan bir qrup kəndli heç bir texnikasız-filansız dünən səhər saatlarında vertolyotu tapmaq üçün yola çıxıb və günün ikinci yarısında qəza yerinə çatıblar. Onlardan biri “Habertürk”lə telefon əlaqəsi zamanı deyib ki, vertolyot dağın zirvəsinə yaxın səmtdə yerə çırpılaraq parçalanıb və içərisindəkilərin hamısı ölüb. Cəsədlərdən 5-i vertolyotun qalıqları arasında donmuş halda tapılıb. Kəndlilərdən biri deyib ki, cəsədlərin üzərində bir neçə santimetr qalınlığında buz qatı var və onların kimə aid olduğunu müəyyənləşdirmək çətindir. Lakin onlar tapılan cəsədlər arasında Möhsün Yazıçıoğlunun olmadığını, ətrafda 2-3 metr qalınlığında qar olduğu üçün onu tapmaqda çətinlik çəkdiklərini bildirib. Bununla belə kəndlilərdən biri “İhlas” agentliyinin əməkdaşı İsmayıl Günəşin cəsədini tanıdığını bildirib. Kəndlilər deyiblər ki, hazırda onların yaxınlığında nə əsgərlər, nə də digər dövlət qurumlarının əməkdaşları yoxdur. “Bura çox soyuqdur, ətrafı görmək mümkün olmur, qar uçqunu var, bərk şaxtadır, soyuqdan donuruq, donmamaq üçün  davamlı yeriməyə çalışırıq” deyə kəndlilərdən biri telefonla bildirib. Beləliklə, xilasetmə işlərin qatılan və iki sutkada heç bir nəticə əldə edə bilməyən dövlət qurumları bu dəfə vertolyotu tapan kəndliləri xilas etmək problemi qarşısında qalıb.


Kəndlilərdən biri isə telekanallardan biri ilə telefon əlaqəsi zamanı deyib ki, vertolyotun qalıqlarının altında qalan cəsədlərdən biri Yazıçıoğluna bənzəyir, cəsədin üzərində kostyum və qalstuk var, ancaq sifəti tanınmayacaq haldadır, çünki vertolyotun altında qalaraq əzilib. O deyib ki, vertolyotun qəzaya uğradığı yer çox açıq bölgədir: “Bu vaxta qədər necə olub ki, tapa bilməyiblər, bura hər tərəfdən görünən yerdir. Üzərimizdə vertolyotlar uçur, ancaq bizi görebilmirlər. 17 nəfərik, donmaq təhlükəsi ilə qarşı-qarşıyıq. Ancaq başqanın yolunda canımızdan da keçməyə hazırıq. Belə görünür vertolyotdakılar donaraq ölüblər”deyə kəndli bildirib. Yılmaz Tilki adlı həmin kəndli növbəti telefon bağlantısı zamanı cəsədlərin 6-nı da gördüklərini deyib. “Üzr istəyirəm, danışacaq durumda deyiləm, Türkiyə bu cür insanı itirdiyi üçün çox məyusam” deyə Tilki telefonu söndürüb. Belə məlum olub ki, vertolyotun qəzaya uğradığı yer dəniz səviyyəsindən təqribən 2500 metr yüksəklikdədir. Qrupa daxil olan kəndlilərdən biri Abidin Karataş da “CNN Türk”lə telefon danışığı zamanı vertolyotun bu cür açıq bölgəyə düşməsinə və qalıqlarının 50 metrədək məsafəyə səpələnməsinə baxmayaraq minlərlə xilasedicinin iki gündür onu aşkar edə bilməməsini anlaya bilmədiyini deyib.


Bu xəbərlərin gəlişindən sonra Yazıçıoğlunun lideri olduğu partiyada iki gündür davam edən gərgin gözləmə öz yerini sükuta buraxıb. Partiyadan bildiriblər ki, Yazıçıoğlunun öldüyü ilə bağlı bəyanatı rəsmi açıqlamalardan sonra yayacaqlar. Xilasetmə xidmətləri isə kəndlilərin vertolyotun qalıqlarını tapmasından 3 saatdan çox keçməsinə baxmayaraq onların yerini təsbit edə bilmirdilər. Kahramanmaraşda isə bir qrup BBP üzvü televiziya kanallarının bir-birinin ardınca Yazıçıoğlu da daxil olmaqla vertolyotdakıların öldüyü haqda xəbərlər yaymasından sonra küçələrə çıxaraq televiziya əməkdaşlarının maşınlarını daşa basıblar, bir qrup BBP-çi isə yolu kəsməyə cəhd gösərib. Axşam saatlarında BBP-dən liderlərinin öldüyünü və cəsədinin kəndlilər tərəfindən tapıldığını təsdiqləyiblər. Xatırladaq ki, vertolyotda Yazıçıoğlundan əlavə BBP-nin Sivas bölgəsi üzrə başqanı Erhan Üstündağ, onun yardımçısı Yüksəl Yancı, BBP-dən bələdiyyə məclisinə üzvlüyə namizəd Murat Çetinkaya, “İhlas” agentliyi əməkdaşı İsmayıl Günəş və pilot Kaya İstektepe olublar. Son məlumatlarda deyilirdi ki, xilasetmə dəstələri vertolyotun tapıldığı dağlıq bölgəyə doğru hərəkət edirlər, ancaq hava qaraldığı və qar yağışının ara verməməsi üzündən onların hərəkəti çətinləşir. Bu baxımdan vertolyotu tapan kəndlilərin də donaraq ölmək, yaxud qar uçqununa düşmək təhlükəsi yaranmışdı. Qəza ilə bağlı şübhələr isə qalmaqda idi. Şübhələri xilasetmə işlərinin əvvəlcə ləng aparılması, daha sonra yanlış bölgədə axtarışların təşkil olunması daha da artırıb. Bundan əvvəl bir neçə dəfə qəzaya düşən və ona qarşı sui-qəsd hazırlandığından şübhələnən Yazıçıoğlunun seçki kampanyasında ilk və son dəfə vertolyotdan istifadə etməsi, nəticədə bu cür faciəli ölümü isə görünür hələ çox versiyalara səbəb olacaq.


Fərhad MƏMMƏDOV



28.03.2009



 قایناق :  Yeni Musavat Qezeti
 کاتگوری ¬ Türkiye Xeber  

0 بوخبرین یوروم سایی        0  اونای سیز یوروملار
     

         

Sayfalar AZ_35000000@yahoo.com

  100 min erməni Türkiyədən qovula bilər

 100 min erməni Türkiyədən qovula bilər
 

 ترکیه در سال ۲۰۰۹ پذیرای ۲۷ میلیون توریست خارجی بود

ترکیه در سال ۲۰۰۹ پذیرای ۲۷ میلیون توریست خارجی بود
 

 برای اولین بار یک تورک ریاست مجلس نمایندگان شورای اروپا را عهده دار شد

برای اولین بار یک تورک ریاست مجلس نمایندگان شورای اروپا را عهده دار شد
 

 واکنش تند ترکیه به حکم دادگاه قانون اساسی ارمنستان

واکنش تند ترکیه به حکم دادگاه قانون اساسی ارمنستان
 

 NBC'de Kürdistan skandalı

NBC'de Kürdistan skandalı
 

 Sabırlar taştı

Sabırlar taştı
 

 türkiyede Milliyetçi Haraket Partisi ( M H P ) Azerbaycanlılardan Özür diledi.

türkiyede Milliyetçi Haraket Partisi ( M H P ) Azerbaycanlılardan Özür diledi.
 

 بازداشت سیزده مهاجر غیرقانونی ایرانی در وان

بازداشت سیزده مهاجر غیرقانونی ایرانی در وان
 

 شهادت هفت نظامی در ترکیه

شهادت هفت نظامی در ترکیه
 

 سیل در ترکیه 31 کشته بر جای گذاشت

سیل در ترکیه 31 کشته بر جای گذاشت