گونئی آذربایجان مای قیاملارینین 4- جو ایلدؤنومو ایله علاقهدار ایسوئچده قورولموش
تورک بیرلیگی آدینا تشکیلات کومیتهسینین بیرینجی بیلدیریسی
دیرلی سویداشلاریمیز!
آذربایجان شانلی تاریخینده تایسیز حادثهلردن اولان، 2006-جی ایلین مای آییندا گونئی آزربایجانین توم شهرلرینده فارس ایرقچی رئژیمینه اعتراض اولاراق گرچکلشن میللی قیاملارین ایل دؤنومو یاخینلاشیر. بونونلا باغلی تورک بیرلیگی آدینا تشکیلات کومیتهسی اولاراق ایسوئچین گؤتئبورگ شهرینین مرکزینده ایکی گونلوک تدبیر کئچیرمک هدفی ایله بؤیوک بیر چادیر قورماغی پیلانلادیق.
تدبیردن مقصد:
· مای میللی قیاملارینین ایلدؤنومونو آغیرلاماق.
· اورمو گؤلونو قوروماق ایله باغلی میللتیمیزین چاباسینی دونیا ایجتیماعیاتینا چاتدیرماق.
· گونئی آذربایجان میللی حرکاتینین سیاسی مهبوسلارینی مدافعه ائتمک و ایران آدلانان اؤلکهده آذربایجانلی فعاللارا اویقولانان تضییقلری ایفشا ائتمک.
· ایسوئچ مجلیسینین قوندارما ائرمنی سویقیریمینی رسمیت تانیماسینا اعتراض ائتمک.
تدبیرین زامانی:
· تدبیر ایکی گونلوک اولاراق، مای آیین 21 و 22-ده اولاجاق.
تدبیرین یئری:
· تدبیرین چادیری، گوستاف آدولفس تورگ، گؤتئبورگ، ایسوئچ
بئلهلیکله بوتون تورک اؤزللیکله آذربایجان نامینه فعالیت گؤسترن تشکیلات، قوروم، درنک و شخصلری بو تدبیره قاتیلماغا دعوت ائدیریک. ایشتیراکچی قورولوشلار اؤز آمبلئم و بایراقلاری ایله قاتیلماقلاری تدبیری داها سانباللی ائدهجکدیر. حؤرمتلی قاتیلیمجیلار ایستدیکلری تاریخی و ساعتی رئزئرو ائتمک اوچون مای-ین 15-دک آشاغیدا گلن نومرهلرله علاقه قورسونلار.
محمود بیلگین: 0046 707 381466
جئیهون بی: 0046 736 598381
دومان ساوالان: 0046 737 831405
تورک بیرلیگی آدینا تشکیلات کومیتهسی
2010-05-07
Güney Azərbaycan May Qiyamlarının 4-cü İldönümü ilə Əlaqədar İsveçdə Qurulmuş
Türk Birliyi Adına Təşkilat Komitəsinin Birinci Bildirisi
Dəyərli soydaşlarımız!
Azərbaycan şanlı tarixində taysız hadisələrdən sayılan, 2006-cı ilin May ayında Güney Azərbaycanın tüm şəhərlərində Fars Irqçı rejiminə etiraz olaraq gərçəkləşən milli qiyamların ildönümü yaxınlaşır. Bununla bağlı Türk Birliyi adına Təşkilat Komitəsi olaraq İsveçin Göteborg şəhərinin mərkəzində iki günlük tədbir keçirmək hədəfi ilə böyük bir çadır qurmağı pılanladıq.
Tədbirdən məqsəd:
- May milli qiyamlarının ildönümünü ağırlamaq.
- Urmu Gölünü qorumaq ilə bağlı millətimizin çabasını dünya ictimaiyyatına çatdırmaq.
- Güney Azərbaycan milli hərəkatının siyasi məhbuslarını mudafiə etmək və İran adlanan ölkədə Azərbaycanlı feallara uyqulanan təzyiqləri ifşa etmək.
- İsveç məclisinin qondarma erməni soyqırımını rəsmiyyət tanımasına etiraz etmək.
Tədbirin zamanı:
- Tədbir iki günlük olaraq, May ayın 21 və 22-də olacaq.
Tədbirin yeri:
- Tədbirin Çadırı, Gustaf Adolfs torg, Göteborg, İsveç
Beləliklə bütün Türk özəlliklə Azərbaycan naminə fəaliyyət göstərən təşkilat, qurum, dərnək və şəxsləri bu tədbirə qatilmağa dəvət edirik. İştirakçı quruluşlar öz amblem və bayraqları ilə qatılmaqları tədbiri daha sanballı edecəkdir. Hörmətli qatılımcılar istədikləri tarixi və saatı rezerv etmək üçün May-ın 15-dək aşağıda gələn nümrələrlə əlaqə qursunlar.
Mahmıd Bilgin: 0046 707 381466
Ceyhun bəy: 0046 736 598381
Duman Savalan: 0046 737 831405
Türk Birliyi Adına Təşkilat Komitəsi
2010-05-07
|