www.35000000.info

 خبر اکلین :

 Turgay Öztürk ¬

 تاریخ : 2/20/2009

 

 

 Britaniya muzeyində Şah Abbasa həsr edilmiş sərgi açılıb
 

Britaniya muzeyində Şah Abbasa həsr edilmiş sərgi açılıb













Şah Abbas Safəvi dövlətinə 1587-1629-cu illərdə hökmranlıq etdi və öz imperiyasını dünya güclərindən birinə çevirən padşah kimi ad qazandı. Müharibələr apararaq o İran ərazilərini bir imperiyada birləşdirdi və onun dini islahatları şiə islamını dövlət dininə çevirdi.


Sərgidə İranın dövlət muzeyindən gətirilmiş əşyalar nümayiş olunur. Bu eksponatların çoxu əvvəllər İrandan xaricdə göstərilməyib. Qızıl sapla toxunmuş xalçalar, zərif əlyazma şəkilləri və keramikaların dəbdəbəsindən başqa, sərginin verdiyi zövq bir də tarixlə bu gün arasındakı ironik oxşarlıqlardır.


Abbas öz ailəsinə qarşı dəhşətli qəddarlıq edərdi, oğlanlarını öldürməklə və ya kor etməklə cəzalandırardı. Amma eyni zamanda o, bir dindar idi, yüzlərlə kilometr payi-piyada yol gedib, ziyarətgahlara baş çəkərdi, müqəddəs yerlərdə möhtəşəm məscidlər tikdirərdi.


Kurator Şeyla Kanbi deyir ki, Şah Abbasın hökmranlığı və ipək ticarətindən imperiyasını maliyyə baxımından qorumaq üçün istifadə etməsi bu günlə də səsləşən faktdır:


“Fakt odur ki, İranda bu gün bütün dünyanın istədiyi bir xammal var. Bugün bu məhsul neftdir, Şah Abbasın zamanında isə dəbdəbəli tekstil idi, və o, neftdən daha gözəl idi.”


Sərgi yüksək rütbəli İran rəsmilərinin iştirakı və Britaniyanın keçmiş xarici işlər naziri Jək Strounun iştirakı ilə açıldı. O, İran və Böyük Britaniya arasında tarixi inamsızlığa səmimi və qüssəli bir münasibət bildirdi. Bu, rəsmi diplomatik münasibətlərin durumu nə olursa olsun, muzeyin bir qeyri-rəsmi diplomatik kanal kimi faydasına yaxşı bir misal idi.

Könül Xəlilova
20.02.2009

 قایناق :  BBC
 کاتگوری ¬ Yabancı Xeber  

0 بوخبرین یوروم سایی        0  اونای سیز یوروملار
     

         

Sayfalar AZ_35000000@yahoo.com

 اختلاف يوليا تيموشنكو با يانوكوويچ به 3 درصد رسيد

اختلاف يوليا تيموشنكو با يانوكوويچ به 3 درصد رسيد
 

 بازتاب صدور دستور غنی سازی 20 درصدی از سوی احمدی‌‌نژاد در رسانه‌های غربی

بازتاب صدور دستور غنی سازی 20 درصدی از سوی احمدی‌‌نژاد در رسانه‌های غربی
 

 فیلم دستگیری عضو سفارت ایران در فرانسه توسط پلیس این کشور

فیلم دستگیری عضو سفارت ایران در فرانسه توسط پلیس این کشور
 

 روسيه و آلمان تهديد كردند، در صورت عدم همكارى رژيم ايران با جامعه جهانى، اين پرونده را به شوراى امنيت مىكشانند

روسيه و آلمان تهديد كردند، در صورت عدم همكارى رژيم ايران با جامعه جهانى، اين پرونده را به شوراى امنيت مىكشانند
 

 استرالیا صادرات خود به ایران را متوقف نمود

استرالیا صادرات خود به ایران را متوقف نمود
 

 شرکت نفتی ايتاليا هم به فعاليت‌های خود در ايران پايان می‌دهد

شرکت نفتی ايتاليا هم به فعاليت‌های خود در ايران پايان می‌دهد
 

 چهار ناو هواپیما بر آمریکایی در راه خلیج فارس

چهار ناو هواپیما بر آمریکایی در راه خلیج فارس
 

 مذاکره آمریکا و سه کشور اروپایی درباره تحریم های تازه علیه ایران

مذاکره آمریکا و سه کشور اروپایی درباره تحریم های تازه علیه ایران
 

 Yuliya Timoşenkonun «sponsoru» «AST Telman»dı?

Yuliya Timoşenkonun «sponsoru» «AST Telman»dı?
 

 اطلاعیه حزب کمونیست روسیه: جلوی امریکا را بگیرید، خطر حمله به ایران جدی است

اطلاعیه حزب کمونیست روسیه: جلوی امریکا را بگیرید، خطر حمله به ایران جدی است