Güney Azerbaycan Xeber Ajansı  
 
Ana Sayfa  -   Arşiv   -  Linkler  -  Videolar  -  Bizimlə İlgi  - Bizimhaqda

صفحه اصلی   -   آرشیو    -  لینکها  ویدیوها  -  ارتباط  -  درباره ما

 خبر اکلین :

 hasan ¬

 تاریخ : 4/26/2010

 
 

 Kürd millət vəkilindən ağır ittihamlar
 

Kürd millət vəkilindən ağır ittihamlar

"Türkiyə erməni, kürd və türk xalqlarından üzr istəməlidir"


Türkiyə Barış və Demokratiya Partiyasının (BDP) Bitlisdən olan millət vəkili Nəzir Karabaş partiyasının Dənizli Konqresində dövlətin əleyhinə ağır ittihamlarla çıxış edib. O, Türkiyənin 1915-ci ildə erməniləri soyqırıma məruz qoyduğunu iddia edərək “dövlətin erməni, kürd və türk xalqlarına üzr borcu var” ifadəsini işlədib.


SANAnın QAYNARdan aldığı xəbərə gorə Konqresdə çıxışına kürdcə başlayıb türkcə davam etdirən millət vəkili bildirib ki, Türkiyə həqiqətləri öz içində müzakirə edib qiymətləndirməlidir: “Ermənilər və bir çox tarixçilər 1,5 milyon erməninin soyqırıma məruz qaldığını deyir, Türkiyə isə rəsmi şəkildə həmin illərdə ölən erməni sayını 300-500 minlə ifadə edir. Rəqəmlər əhəmiyyətli deyil. Ermənilər qadın, qoca, uşaq deyilmədən yurdlarından qovuldu. Bir çoxları isə mallarını qarət edən müxtəlif təşkilatlar tərəfindən öldürüldü. Türkiyə bu gerçəkləri öz içində müzakirə edərək qiymətləndirmək, dünyanın bir çox müasir ölkəsinin etdiyi kimi, bu gerçəkləri gün işığına çıxarıb üzr istəmək əvəzinə, hadisədən imtina edir. Türkiyə üç xalqdan üzr istəməlidir. Erməni xalqından, o qırğını yaşatdığı üçün, kürd xalqından, bəzi günahlara ortaq etdiyi üçün, türk xalqından da 90 ildir gerçəklərdən üz döndərdiyi üçün”.


Məktəbdə və ya həyatın hər sahəsində uşaqların ən çox təzyiqə məruz qaldığı ölkənin Türkiyə olduğunu deyən millət vəkili Türkiyənin nə köhnə Türkiyə, nə də kürdlərin əvvəlki kürdlər olmadığını diqqətə çatdırıb.

 قایناق :  
 کاتگوری ¬ Türkce-Türkiye  

0 بوخبرین یوروم سایی        0  اونای سیز یوروملار
     

         

Sayfalar  

 Türkiye-Yunanistan İlişkilerinde Değişen Denklem ve Değişimin İki Ülkenin Azınlık, AB ve Kıbrıs Politikalarına Etkileri

Türkiye-Yunanistan İlişkilerinde Değişen Denklem ve Değişimin İki Ülkenin Azınlık, AB ve Kıbrıs Politikalarına Etkileri
 

 CXP-nin 77 təşkilat başqanı "Kılıçdaroğlu" dedi

CXP-nin 77 təşkilat başqanı
 

 Türkiyədə referendum sentyabrın 12-nə planlaşdırıb

Türkiyədə referendum sentyabrın 12-nə planlaşdırıb
 

 CHP lideri- DENİZ BAYKAL - İSTİFA ETTİ

CHP lideri- DENİZ BAYKAL - İSTİFA ETTİ
 

 Ərdoğan Bakıya gələcək

Ərdoğan Bakıya gələcək
 

 TÜRKİYƏDƏ YENİ GƏRGİNLİK

TÜRKİYƏDƏ YENİ GƏRGİNLİK
 

 PKK 4 ƏSGƏRİ ŞƏHİD ETDİ

PKK 4 ƏSGƏRİ ŞƏHİD ETDİ
 

 "Erməni soyqırımı" İsrail parlamentində...


 

 Kürd millət vəkilindən ağır ittihamlar

Kürd millət vəkilindən ağır ittihamlar
 

 OBAMA YENƏ “SOYQIRIMI” DEMƏDİ

OBAMA YENƏ “SOYQIRIMI” DEMƏDİ