|
Türkiyə Konstitusiyasına dəyişikliklər paketi ciddi müzakirələrə səbəb olub
Türkiyə Konstitusiyasına dəyişikliklər paketilə müxtəlif siyasi qütblərdə dayanan partiyalar arasında münasibətləri gərginləşdirib. Təkliflər paketinin gələn çərşənbə günü-aprelin 7-nə qədər parlament komissiyasında təsdiq olunması və bu ayın sonuna qədər Türkiyə Böyük Millət Məclisində qanuni qüvvəyə minməsi nəzərdə tutulur. 215 millət vəkilinin imzaladığı dəyişikliklər təklifi 26 maddəni əhatə edir. Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin AKP-nin hazırlanıb parlamentə göndərdiyi dəyişikliklər paketini Konstitusiya Komissiyasına təqdim edib. Komissiyanın 4 üzvü tərəfindən gecə saatlarına qədər təkliflərin araşdırıldığı xəbər verilir.
SANAnın aldığı məlumata gorə Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal isə Konstitusiyaya dəyişiklikləri "kürd açılımı" və "erməni açılımı"ndan sonra AKP hökumətinin üçüncü səhvi adlandıraraq, bu addımı dayandırmağa çağırıb. O, əks təqdirdə AKP iqtidarının fiaskoya uğrayacağını və istefaya getmək məcburiyyətində qalağacağını deyib.
Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı isə AKP rəhbərliyini hökuməti idarə etmək əvəzinə səlahiyəttindən istifadə edib krallıq qurmaqda ittiham edib.
Politoloq Qabil Hüseynlinin fikrincə, Türkiyədə yaranmış vəziyyət vətəndaş qarşıdurmasına və siyasi böhrana doğru aparır. Baş nazir Rəcəb Tayyib Ərdoğan Konstitusiya islahatları adı altında dövlətin dünyəvi sisteminin siyasi xarakterini dəyişən addımlar atır. Bu addımlar siyasi sistemin avtoritarlaşmasına aparıb çıxara bilər: "Digər tərəfdən ölkədə milli azlıqların sanki oyadılması, onların mərkəzi hakimiyyətə qarşı qaldırılması prosesi gedir. Bütün bunlar hamısı islahatlar, Konstitusiyası təkmilləşdirmələri kimi jarqonlarla müşaiyət olunur. Demək olmaz ki, Türpkiyənin indiki Konstitusiyası mükəmməldir. O çevriliş nəticəsində qəbul olunub və müəyyən əlavələr edilmiş Konstitusiyadır. Amma təriqətçi Fətullah Gülənçi qüvvələrin bu islahatı aparması müəyyən şübhələr yaradır. Əvvəla parlamentdən bunun keçməsi o qədər asan olmayacaq. Parlamentdən keçməsə, referenduma gedəcək. Yəni bütün proseslər ölkədə ciddi təlatümlərə gətirib çıxaracaq. Qəribədir ki, baş nazir bu proseslərdən danışarkən o qədər rahatlıqla, əminliklə danışır ki, sanki heç nə baş verməyəcək. Halbuki Türkiyəni ciddi sınaqlar gözləyir".
Qabil Hüseynilinin proqnozlarına görə, Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı böyükdür. Yalnız qüvvələr nisbəti tam müəyyənləşdikdən sonra Konstitusiya islahatlarından danışmaq olar. AKP-yə isə ordunu siyasətdən uzaqlaşdırıb, ölkəni dindar qüvvələrin tabeliyinə verməsinə şərait yaratmaq təhlükəlidir: "Təriqətçilər, cəmaat başçıları, Atatürkə küfr etməkdən başqa bir şey bacarmayan saqqallılar Türkiyəni Avropa Birliyinə necə apara bilər? Bu adam universitetlərə baş örtüyü tətbiq etmək istəyirdi? Konstitusiya Məhkəməsi ləğv etdi. Bu adam şəriət qanunlarını hüququn içərisinə daxil etmək istəyir. Ondan necə demokrat ola bilər?" DAK İran səfirliyi qarşısında aksiya keçirəcək
Səbəb Urmiya gölünün quruma təhlükəsiylə üzləşməsidir
Martın 27-də Almaniyanın Haydelberq şəhərində yaşayan bir qrup soydaşımız havanın çox tutqun və şiddətli yağış yağmasına baxmayaraq, "Biz dünyada tək deyilik, "Traktor"la həmrəyik!" şüarıyla Nekar çayının kənarına toplaşaraq ora bir bardaq su töküblər.
|