Güneyli hərəkatçı qanunsuz saxlanılır
Sulduzlu milli hərəkat fəalı Sirus Siyami 20 gündür ki, həbsxanada qeyri-qanuni saxlanılır. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, 3 aylıq həbs cəzasını yenicə bitirmiş Siyami rejim tərəfindən yenidən cəzalandırılıb. Onu məhkəməyə çağırıb və qanunsuz həbs ediblər. Musiqiçi olan Sirus Siyami 2006-cı ilin may hadisələri zamanı milli marş bəstələdiyi həbsə atılmışdı. http://olaylar.az/?newsid=1249587276
Rəfsəncaninin gəlini həbs edilib
Mahmud Əhmədinejad prezident elan olunsa da, İranda narazılıqlar səngimir. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlının "OLAYLAR"a daxil olan məlumata görə, Tehranda aksiyalar davam edir. İran hakimiyyəti isə repressiyaları davam etdirir. Son aksiyalardan sonra sabiq İran prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin oğlu Mehdinin həyat yoldaşı hbəs edilib. Qeyd edək ki, ondan əvvəl Rəfsəncaninin həyat yoldaşı, 2 qızı da yaxalanmışdı.
|